19 aprel 2026. Bazar günü

“Sassuolo” evdə “Komо”nu məğlub edib


“Sassuolo” evdə “Komо”nu məğlub edib

İtaliya A Seriyasının 33-cü turunda “Sassuolo” doğma meydanda “Komо”nu qəbul edib.

90deqiqe.Az-ın məlumatına görə, görüş ev sahibinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Matçda hesab 42-ci dəqiqədə açılıb. M’bala Nzolanın ötürməsindən sonra Kriştian Volpato fərqlənib. İki dəqiqə sonra, 44-cü dəqiqədə M’bala Nzola özü də adını tabloya yazdırıb.

Fasiləyə az qalmış “Komо”nun futbolçusu Niko Pas fərqlənərək komandasının fərqi azaltmasına kömək edib.

İkinci hissədə qonaqlar hesabı bərabərləşdirməyə çalışsalar da, “Sassuolo” üstünlüyünü qoruyaraq oyunu qələbə ilə başa vurub.

Bu nəticədən sonra “Komо” 58 xalla turnir cədvəlində 5-ci pillədə qalıb. “Sassuolo” isə 45 xalla 9-cu yerə yüksəlib.







İtaliya S.A.

“Udineze” evdə uduzdu
  • İtaliya S.A.
  • 21:21 18.04.2026
“Udineze” evdə uduzdu