- İtaliya S.A.
- 00:56 19.04.2026
“Napoli” 33-cü turda doğma meydanda “Latsio” ilə qarşılaşıb.
90deqiqe.Az-ın məlumatına görə, görüş qonaqların 2:0 hesablı qələbəsi ilə başa çatıb.
Qonaqlar erkən qolla hesabı açıblar. 6-cı dəqiqədə Matteo Kançelyeri fərqlənib, ötürməni Kennet Teylor edib.
57-ci dəqiqədə “Latsio” üstünlüyünü artırıb. Matteo Kançelyerinin ötürməsindən sonra Toma Başiç qapını dəqiq nişan alıb.
Bu nəticədən sonra “Latsio” xallarını 47-yə yüksəldərək turnir cədvəlində 9-cu pilləyə qalxıb. “Napoli” isə 66 xalla 2-ci sırada qərarlaşıb.
Qeyd edək ki, komandalar arasında ilk dövrədə keçirilən oyunda “Napoli” Romanı 2:0 hesabı ilə məğlub etmişdi.