21 aprel 2026. Çərşənbə axşamı

Qasperini “Roma” rəhbərliyinə ultimatum verdi


Qasperini “Roma” rəhbərliyinə ultimatum verdi

İtaliyanın “Roma” klubunun baş məşqçisi Can Pyero Qasperininin gələcəyi qeyri-müəyyən olaraq qalır.

90deqiqe.Az-ın “Il Messaggero”ya istinadən məlumatına görə, mütəxəssis klub rəhbərliyinə komandada qalması üçün bir sıra şərtlər təqdim edib.

Qasperini ilk növbədə idman direktoru Klaudio Ranyeri ilə əmək münasibətlərinin dayandırılmasını və onunla birbaşa işləyə biləcəyi yeni idman direktorunun təyin olunmasını tələb edir.

İkinci əsas şərt isə tibbi və texniki heyətin tamamilə dəyişdirilməsidir. Bildirilir ki, hazırda həmin strukturda olan bəzi şəxslər Ranyerinin yaxın adamlarıdır.

Bundan əlavə, Qasperini transfer strategiyasına tam nəzarət etmək və komandanın gücləndirilməsi üçün futbolçuları şəxsən seçmək istəyir. Onun fikrincə, “Roma”nın rəqabət qabiliyyətini qoruması üçün start heyətinə daxil olacaq ən azı 3–4 lider futbolçuya ehtiyacı var.

Əgər klub rəhbərliyi bu tələbləri qəbul etməzsə, 2025-ci ilin yayından “Roma”nı çalışdıran 68 yaşlı mütəxəssis xaricdən gələcək təklifləri nəzərdən keçirməyə hazırdır.







İtaliya S.A.

“Milan” üçün əsas olan xallardır"
  • İtaliya S.A.
  • 23:18 19.04.2026
“Milan” üçün əsas olan xallardır"
“Milan” 3 xalı tək qolla qazandı
  • İtaliya S.A.
  • 20:38 19.04.2026
“Milan” 3 xalı tək qolla qazandı