22 aprel 2026. Çərşənbə

“Napoli” Lukakunu 150 000 avro cərimələyəcək


“Napoli” Lukakunu 150 000 avro cərimələyəcək

“Napoli” klubunun hücumçusu Romelu Lukaku məşqlərə vaxtında qayıtmadığı üçün klub rəhbərliyi ilə problemlə üzləşib.

90deqiqe.Az-ın “La Gazzetta dello Sport”a istinadən məlumatına görə, belçikalı futbolçu bərpa prosesini ölkəsində davam etdirməyi üstün tutaraq komandanın düşərgəsinə gec qoşulub. Bu səbəbdən 20 apreldə Kastel Volturno bazasında klub rəhbərliyi ilə futbolçu arasında görüş keçirilib və tərəflər arasında müvəqqəti razılaşma əldə olunub.

Görüşdə futbolçunun agenti Federiko Pastorello, vəkili Sebastyan Ledyur və “Napoli”nin idman direktoru Covanni Manna iştirak ediblər. Futbolçuya Antverpenə qayıtmağa icazə verilsə də, o, cərimədən yayınmayacaq.

 “Napoli” Lukakunu 150 min avro məbləğində cərimələməyi planlaşdırır. Bu məbləğ futbolçunun vergi çıxılmadan aylıq maaşının 20 faizinə bərabərdir.

Bildirilir ki, yaranmış vəziyyət tərəflər arasında münasibətlərin tamamilə pozulmasına və yay transfer dövründə futbolçunun satışa çıxarılmasına səbəb ola bilər.

Lukaku cari mövsümdə bütün turnirlərdə 7 oyuna çıxıb və 1 qol vurub. O, 2024-cü ilin avqustunda “Çelsi”dən “Napoli”yə 30,7 milyon avro qarşılığında transfer olunub. Onun klubla müqaviləsi 2027-ci ilin yayına qədər qüvvədədir.







İtaliya S.A.

“Milan” üçün əsas olan xallardır"
  • İtaliya S.A.
  • 23:18 19.04.2026
“Milan” üçün əsas olan xallardır"
“Milan” 3 xalı tək qolla qazandı
  • İtaliya S.A.
  • 20:38 19.04.2026
“Milan” 3 xalı tək qolla qazandı