16 may 2026. Şənbə

Konte "Napoli"dəki gələcəyi ilə bağlı qərarını verib


Konte "Napoli"dəki gələcəyi ilə bağlı qərarını verib

Antonio Konte gələn mövsümdə də “Napoli”yə rəhbərlik edə bilər.

90deqiqe.Az-ın “Corriere dello Sport”a istinadən məlumatına görə, baş məşqçi öz mövqeyini açıq şəkildə bildirib və Neapol klubunda qalmağa hazırdır. Onun üçün İtaliya milli komandasına rəhbərlik ehtimalı həlledici faktor sayılmır. Əsas məsələ klub rəhbərliyi ilə gələcək planların uzlaşdırılmasıdır.

Bildirilir ki, Konte ilə “Napoli” rəhbərliyi arasında danışıqlar Çempionlar Liqasına vəsiqə məsələsi aydınlaşdıqdan sonra keçiriləcək.

Qeyd edək ki, Antonio Konte 2024-cü ildə “Napoli”nin baş məşqçisi təyin olunub. Onun rəhbərliyi altında Neapol təmsilçisi ötən mövsüm İtaliya A Seriyasının qalibi olub.







İtaliya S.A.

Antonio Konte “Napoli”də qala bilər
  • İtaliya S.A.
  • 23:43 14.05.2026
Antonio Konte “Napoli”də qala bilər
“Fabreqas uğur qazanmağı bacardı”
  • İtaliya S.A.
  • 21:27 14.05.2026
“Fabreqas uğur qazanmağı bacardı”
 “Kremoneze” evdə qələbə qazandı
  • İtaliya S.A.
  • 21:23 10.05.2026
“Kremoneze” evdə qələbə qazandı
“Fiorentina” evdə xal itirdi
  • İtaliya S.A.
  • 21:15 10.05.2026
“Fiorentina” evdə xal itirdi