14 avqust 2026. Cümə

“İnter” möhtəşəm geridönüşlə İtaliya Kubokunda finala yüksəldi


“İnter” möhtəşəm geridönüşlə İtaliya Kubokunda finala yüksəldi

İtaliya Kubokunun 2025/2026 mövsümünün yarımfinal mərhələsinin cavab oyununda “İnter” öz meydanında “Komo” ilə üz-üzə gəlib.

90deqiqe.Az-ın məlumatına görə, gərgin keçən qarşılaşma meydan sahiblərinin 3:2 hesablı əzmkar qələbəsi ilə başa çatıb.

Hesabı 32-ci dəqiqədə xorvatiyalı Martin Baturina açaraq “Komo”nu önə çıxarıb. 48-ci dəqiqədə Lukaş Da Kunyanın qolu qonaqların üstünlüyünü artırıb. “İnter” isə 69-cu dəqiqədə Hakan Çalhanoğlunun dəqiq zərbəsi ilə fərqi azaldıb. 86-cı dəqiqədə türkiyəli yarımmüdafiəçi dubl edərək hesabı bərabərləşdirib. Oyunun taleyini isə 89-cu dəqiqədə Petar Suçiç həll edib.

Qeyd edək ki, komandalar arasında ilk oyun qolsuz heç-heçə ilə yekunlaşmışdı. Bu nəticə ilə “İnter” ölkə kubokunun finalına vəsiqə qazanıb.

İkinci finalçı 22 apreldə “Atalanta” və “Latsio” arasında keçiriləcək cavab oyunundan sonra müəyyənləşəcək. İlk görüş 2:2 hesabı ilə başa çatıb.







İtaliya S.A.

“İnter” “Yuventus”u məğlub etdi
  • İtaliya S.A.
  • 20:08 08.08.2026
“İnter” “Yuventus”u məğlub etdi
"Ümid edirəm ki, Leau "Milan"da qalacaq"
  • İtaliya S.A.
  • 23:59 05.08.2026
"Ümid edirəm ki, Leau "Milan"da qalacaq"