- İtaliya S.A.
- 16:50 25.04.2026
"Yuventus" klubunun mərkəz müdafiəçisi Qleyson Bremer gələcəyi ilə bağlı qərar verib.
90deqiqe.Az-ın “Corriere dello Sport”a istinadən məlumatına görə, braziliyalı futbolçu Turin təmsilçisində qalmaq niyyətindədir.
Bildirilir ki, Bremer "Liverpul" və "Nyukasl"ın marağına baxmayaraq İtaliya klubuyla müqaviləsini uzatmağa hazırdır.
Cari mövsümdə müdafiəçi Yuventusin arxa xəttində əsas fiqurlardan birinə çevrilib. O, bütün turnirlərdə 27 oyunda meydana çıxıb, 4 qol vurub və 3 məhsuldar ötürmə ilə yadda qalıb.
Qeyd edək ki, Bremerin klubla mövcud müqaviləsi 2029-cu ildə başa çatır.