25 aprel 2026. Şənbə

“Milan”ın Şöhrət Zalına yeni əfsanələr daxil edildi


“Milan”ın Şöhrət Zalına yeni əfsanələr daxil edildi

“Milan” klubunun Şöhrət Zalına yeni adlar əlavə olunub.

90deqiqe.Az-ın klubun mətbuat xidmətinə istinadən məlumatına görə, bu dəfə siyahıya Karlo Ançelotti, Ruyt Qullit və Kaka daxil edilib.

“Rossoneri” 2024-cü ildə klubun 125 illiyi münasibətilə Şöhrət Zalı layihəsinə start verib. İlk olaraq Franko Baresi bu siyahıya daxil edilib. Həmin il daha sonra Marko van Basten, Andrey Şevçenko və Filippo İnzagi də Şöhrət Zalına qəbul olunublar.

Qeyd olunur ki, bu mərhələdə əsasən yarımmüdafiə xəttində çıxış etmiş futbolçular dəyərləndirilib. Növbəti illərdə isə qapıçılar və müdafiəçilərin də siyahıya daxil edilməsi planlaşdırılır.

Ançelotti 1987–1992-ci illərdə “Milan”da çıxış edərək 9 kubok qazanıb, o cümlədən 2 dəfə İtaliya çempionluğu və UEFA Çempionlar Liqası qələbəsi əldə edib.

Qullit klubda 12 titula sahib olub, onların arasında 3 ölkə çempionluğu, 2 Çempionlar Liqası və Qızıl top da var.

Kaka isə 2003–2009-cu illərdə “Milan”la 6 trofey qazanıb, o cümlədən İtaliya çempionluğu, Çempionlar Liqası və “Qızıl top” mükafatı ilə yadda qalıb.

Rəsmi təqdimat mərasimi 26 aprel tarixində, “Milan” – “Yuventus” matçından əvvəl "San-Siro" stadionuda keçiriləcək.







İtaliya S.A.

Bremer "Yuventus"da qalmaq istəyir
  • İtaliya S.A.
  • 16:50 25.04.2026
Bremer "Yuventus"da qalmaq istəyir
“Alleqri taktiki baxımdan dahidir”
  • İtaliya S.A.
  • 22:30 23.04.2026
“Alleqri taktiki baxımdan dahidir”