26 aprel 2026. Bazar günü

“Futbola qayıtmaq üçün hər şeyimi verərdim”


“Futbola qayıtmaq üçün hər şeyimi verərdim”

İtaliya futbolunun əfsanəvi müdafiəçisi Alessandro Nesta futbol karyerasını və müasir oyuna dair fikirlərini bölüşüb.

90deqiqe.Az-ın məlumatına görə, sabiq futbolçu verdiyi açıqlamada futbol üçün darıxdığını gizlətməyib:

“Yenidən meydançaya qayıtmaq üçün çox şey verərdim. Bu, inanılmaz olardı. İndi oyun daha yavaşdır və daha darıxdırıcı görünür. Hakimlər çox tez-tez fit çalır. Bizə üç-dörd həqiqi lider çatışmır. Ən əsası isə Kyellini və Bonuççi kimi şəxsiyyətlər yoxdur”, – deyə Nesta bildirib.

O, həmçinin karyerası dövründəki oyun tərzindən və futbola münasibətindən də danışıb:

“Mən heç vaxt kobud oyunçu olmamışam. Bir dəfə sərt oynamağa çalışdım və nəticədə zədələndim. Futbola sanki bağlı idim… Bu, ürəkdən gəlirdi. Hər bazar günü statistikaları yoxlayır, Türamı ötüb keçməyə çalışırdım”.

Sabiq müdafiəçi keçmiş komanda yoldaşları ilə münasibətlərindən də söz açıb:

“Biz çılğın həyat yaşamışıq. Hələ də bir araya gələndə uşaqlar kimi oynayıb gülürük, baxmayaraq ki, artıq 50 yaşımız var”.

Qeyd edək ki, Alessandro Nesta klub səviyyəsində “Latsio” və “Milan”da çıxış edib, 2006-cı ildə isə İtaliya millisinin tərkibində dünya çempionu olub.







İtaliya S.A.

Bremer "Yuventus"da qalmaq istəyir
  • İtaliya S.A.
  • 16:50 25.04.2026
Bremer "Yuventus"da qalmaq istəyir
“Alleqri taktiki baxımdan dahidir”
  • İtaliya S.A.
  • 22:30 23.04.2026
“Alleqri taktiki baxımdan dahidir”