14 avqust 2026. Cümə

“Milan” – “Yuventus” oyununda diqqət Kalulunun üzərində olacaq


“Milan” – “Yuventus” oyununda diqqət Kalulunun üzərində olacaq

İngiltərənin “Mançester Yunayted” klubunun skautları İtaliya çempionatının 34-cü turu çərçivəsində keçiriləcək “Milan” – “Yuventus” oyununu izləməyi planlaşdırır.

90deqiqe.Az-ın “TuttoMercatoWeb”ə istinadən məlumatına görə, məqsəd Turin təmsilçisinin mərkəz müdafiəçisi Pierre Kalulunun çıxışını yaxından izləməkdir. 

 Mənbənin bildirdiyinə görə, “Yuventus” fransalı futbolçu ilə müqaviləni uzatmaq və onun maaşını artırmaq niyyətindədir. Lakin “Mançester Yunayted”in prosesə müdaxilə edərək bu razılaşmanı poza biləcəyi istisna olunmur.

Qarşılaşma aprelin 26-da "San Siro" stadionunda baş tutacaq.

Qeyd olunur ki, mümkün transferin məbləği “Yuventus”un müdafiəçini “Milan”dan aldığı məbləğdən xeyli fərqlənə bilər. Turin klubu ötən ilin yayında Kalulunu 14 milyon avroya transfer edib.







İtaliya S.A.

“İnter” “Yuventus”u məğlub etdi
  • İtaliya S.A.
  • 20:08 08.08.2026
“İnter” “Yuventus”u məğlub etdi
"Ümid edirəm ki, Leau "Milan"da qalacaq"
  • İtaliya S.A.
  • 23:59 05.08.2026
"Ümid edirəm ki, Leau "Milan"da qalacaq"