12 iyun 2026. Cümə

“İnter” səfərdə xal itirdi


“İnter” səfərdə xal itirdi

İtaliya A Seriyasının 2025/2026 mövsümünün 34-cü turunda “Torino” öz meydanında “İnter”i qəbul edib.

90deqiqe.Az-ın məlumatına görə, “Turin Olimpiya” stadionunda keçirilən qarşılaşma 2:2 hesablı heç-heçə ilə yekunlaşıb. Oyunu baş hakim Mauritsio Mariani idarə edib.

Görüşdə hesabı qonaqlar açıb. 23-cü dəqiqədə Markus Tyuram fərqlənib.

İkinci hissədə “İnter” üstünlüyünü artırıb. 61-ci dəqiqədə Yann Bissek komandasının ikinci qoluna imza atıb.

Lakin “Torino” geri dönüş edərək oyuna tarazlıq gətirib. 70-ci dəqiqədə Ciovanni Simeone fərqlənib, 79-cu dəqiqədə isə Nikola Vlasic penalti zərbəsini dəqiq yerinə yetirərək hesabı bərabərləşdirib.

Bu nəticədən sonra “İnter” 79 xalla İtaliya çempionatının turnir cədvəlində liderliyini davam etdirir. “Torino” isə 41 xalla 13-cü pillədə qərarlaşıb.







İtaliya S.A.

"Bu məni sevindirmir"
  • İtaliya S.A.
  • 22:30 08.06.2026
"Bu məni sevindirmir"
"Zədənin əvvəlində qorxmuşdum"
  • İtaliya S.A.
  • 22:22 08.06.2026
"Zədənin əvvəlində qorxmuşdum"
"Dörd-beş ay zədə ilə oynadım"
  • İtaliya S.A.
  • 14:38 06.06.2026
"Dörd-beş ay zədə ilə oynadım"