27 aprel 2026. Bazar ertəsi

“Milan” evdə “Yuventus”la heç-heçə etdi


“Milan” evdə “Yuventus”la heç-heçə etdi

İtaliya A Seriyasının 2025/2026 mövsümünün 34-cü turunda “Milan” və “Yuventus” komandaları qarşılaşıb. 

90deqiqe.Az-ın məlumatına görə, oyun Milanda yerləşən “San-Siro” stadionunda keçirilib. Qarşılaşmanın baş hakimi Simone Sozza olub. Matç 0:0 hesablı heç-heçə ilə başa çatıb.

Görüşün 36-cı dəqiqəsində “Yuventus”un yarımmüdafiəçisi Kefren Tyuram-Yulien fərqlənsə də, qol qayda pozuntusuna görə ləğv edilib. “Milan”ın yarımmüdafiəçisi Luka Modriç 79-cu dəqiqədə zədə səbəbindən meydanı tərk edib.

“Milan” 34 oyundan sonra 67 xalla İtaliya çempionatında üçüncü pillədə qərarlaşıb və ikinci yerdə olan “Napoli”dən 2 xal geri qalır. “Yuventus” isə 64 xalla dördüncü pillədə yer alır.







İtaliya S.A.

“İnter” səfərdə xal itirdi
  • İtaliya S.A.
  • 22:04 26.04.2026
“İnter” səfərdə xal itirdi
 “Komo”dan səfərdə inamlı qələbə
  • İtaliya S.A.
  • 19:08 26.04.2026
“Komo”dan səfərdə inamlı qələbə