17 may 2026. Bazar günü

Modriç dünya çempionatına hazır olacaq


Modriç dünya çempionatına hazır olacaq

İtaliya çempionatının növbəti turunda “Yuventus”a qarşı keçirilən qarşılaşmada “Milan”ın yarımmüdafiəçisi Luka Modriç zədələnərək oyunu vaxtından əvvəl tərk edib.

90deqiqe.Az-ın məlumatına görə, xorvat yarımmüdafiəçinin dünya çempionatına qədər bərpa olunacağı gözlənilir.

Daha əvvəl yayılan məlumatlarda təcrübəli futbolçunun yanaq sümüyünün ikiqat sınığı səbəbindən mövsümün qalan hissəsində meydana çıxa bilməyəcəyi qeyd olunurdu.

40 yaşlı futbolçunun “Milan” klubu ilə müqaviləsi 2026-cı ilin iyun ayının sonuna qədər qüvvədədir. “Qırmızı-qaralar” hazırda A seriyasının turnir cədvəlində üçüncü pillədə qərarlaşıb.

Xorvatiya milli komandası dünya çempionatının qrup mərhələsində İngiltərə, Panama və Qana yığmaları ilə üz-üzə gələcək.







İtaliya S.A.

Antonio Konte “Napoli”də qala bilər
  • İtaliya S.A.
  • 23:43 14.05.2026
Antonio Konte “Napoli”də qala bilər
“Fabreqas uğur qazanmağı bacardı”
  • İtaliya S.A.
  • 21:27 14.05.2026
“Fabreqas uğur qazanmağı bacardı”
 “Kremoneze” evdə qələbə qazandı
  • İtaliya S.A.
  • 21:23 10.05.2026
“Kremoneze” evdə qələbə qazandı
“Fiorentina” evdə xal itirdi
  • İtaliya S.A.
  • 21:15 10.05.2026
“Fiorentina” evdə xal itirdi