12 iyun 2026. Cümə

“Leao hələ də futbolun "Peter Pen"i olaraq qalır”


“Leao hələ də futbolun "Peter Pen"i olaraq qalır”

İtaliyanın “Milan” klubunun sabiq hücumçusu Marko Simone Portuqaliya millisinin və “Milan”ın futbolçusu Rafael Leao ilə bağlı sərt açıqlama verib.

90deqiqe.Az-ın məlumatına görə, o, Leaonu “Peter Pen” adlandıraraq futbolçunun hələ də peşəkar baxımdan tam formalaşmadığını, futbol düşüncəsində yetkinləşmədiyini nəzərdə tutub.

Simone bildirib ki, hücumçunun mərkəz forvard mövqeyində oynaması effektiv deyil: “Onun bu rolda imkanları məhduddur, istedadı bu mövqedə boşa gedir. O, yüksək səviyyəli futbolçu ola bilər, amma mənim fikrimcə, o, hələ də əbədi ‘Peter Pen’ olaraq qalır.”

Qeyd edək ki, Rafael Leao 2019-cu ildən “Milan”ın şərəfini qoruyur. Bundan əvvəl isə o, Fransa “Lill” və Portuqaliyanın “Sportinq” klublarında çıxış edib.







İtaliya S.A.

"Bu məni sevindirmir"
  • İtaliya S.A.
  • 22:30 08.06.2026
"Bu məni sevindirmir"
"Zədənin əvvəlində qorxmuşdum"
  • İtaliya S.A.
  • 22:22 08.06.2026
"Zədənin əvvəlində qorxmuşdum"
"Dörd-beş ay zədə ilə oynadım"
  • İtaliya S.A.
  • 14:38 06.06.2026
"Dörd-beş ay zədə ilə oynadım"