- İtaliya S.A.
- 23:47 27.04.2026
“Roma” klubu cinah hücumçusu Brayan Saraqosa ilə bağlı qərar verib.
90deqiqe.Az-ın məlumatına görə, İtaliya klubu 24 yaşlı futbolçunun transfer hüquqlarını yayda tam şəkildə almağı planlaşdırmır. Mövsümün sonunda ispaniyalı futbolçunun Almaniyanın “Bavariya” klubuna geri dönəcək.
Futbolçu cari ilin fevral ayında icarə əsasında “Roma”ya qoşulmuşdu. Bu müddət ərzində o, yalnız 6 oyunda meydana çıxıb və 1 məhsuldar ötürmə ilə yadda qalıb.
Saragosa ilə “Bavariya” arasında mövcud müqavilə 2029-cu ilə qədər qüvvədədir. Transfer dəyərlərini göstərən nüfuzlu portalın məlumatına əsasən, futbolçunun qiyməti 10 milyon avro civarındadır.