10 may 2026. Bazar günü

“Atalanta” səfərdə uduzdu


 “Atalanta” səfərdə uduzdu

İtaliya A Seriyasının 2025/2026 mövsümünün 34-cü turunda “Kalyari” və “Atalanta” komandaları üz-üzə gəlib.

90deqiqe.Az-ın məlumatına görə, matç Kalyari şəhərində yerləşən “Unipol Domus” stadionunda keçirilib. Qarşılaşmanın baş hakimi Yuan Luka Sakki olub. Görüş ev sahiblərinin 3:2 hesablı qələbəsi ilə başa çatıb.

Oyunun startı sürətli alınıb: 1-ci dəqiqədə hücumçu Pol Mendi “Kalyari”ni önə keçirib. 8-ci dəqiqədə Mendi dubla imza atıb. 40-cı dəqiqədə “Atalanta”nın hücumçusu Canluka Skamakka fərqi azaldıb. 45-ci dəqiqədə Skamakka ikinci qolunu vuraraq hesabı bərabərləşdirib. 48-ci dəqiqədə isə əvəzetmədən meydana daxil olan Cennaro Borrelli “Kalyari”yə yenidən üstünlük qazandırıb.

Bu nəticədən sonra “Atalanta” 34 oyundan 54 xalla A Seriyasında 7-ci pillədə qərarlaşıb. Komanda 6-cı yerdən 7 xal geri qalır və 8-ci yerdən 6 xal öndədir. “Kalyari” isə 36 xalla 16-cı pillədə yer alır və aşağı liqa zonasından 8 xal uzaqdadır.







İtaliya S.A.

“Yuventus”a bir qol bəs etdi
  • İtaliya S.A.
  • 01:05 10.05.2026
“Yuventus”a bir qol bəs etdi
De Bruyne “Napoli”də qalır
  • İtaliya S.A.
  • 21:55 06.05.2026
De Bruyne “Napoli”də qalır
“Uğur üçün balans vacibdir”
  • İtaliya S.A.
  • 23:48 04.05.2026
“Uğur üçün balans vacibdir”