- İtaliya S.A.
- 23:17 28.04.2026
İtaliyanın "Latsio" klubu ölkə çempionatının 34-cü turunun son oyununda "Udineze" ilə heç-heçə edib.
90deqiqe.Az xəbər verir ki, paytaxt klubunun baş məşqçisi Mauritsio Sarri matçın nəticəsini qənaətbəxş hesab edib və rəqibin səfər oyunlarında göstərdiyi güclü performansa diqqət çəkib. O, "Udineze" komandasının son vaxtlar “Milan” üzərində qazandığı sensasiyalı qələbəni də xatırladıb.
“Əlbəttə, çətin oyun idi. Rəqib səfərdə çox güclüdür. Onların fiziki hazırlığına görə biz ciddi çətinliklər yaşadıq. Amma buna baxmayaraq, biz polad kimi xarakter göstərdik. Xüsusilə də heyətdə çatışmazlıqlar olduğu halda,” – deyə Sarri bildirib.
Qeyd edək ki, Roma təmsilçisi hazırda İtaliya çempionatının turnir cədvəlində 8-ci yerdə qərarlaşıb.