30 aprel 2026. Cümə axşamı

“Milan” və “Çelsi” İndoneziyada yoldaşlıq oyununda üz-üzə gələcək


“Milan” və “Çelsi” İndoneziyada yoldaşlıq oyununda üz-üzə gələcək

İtaliyanın “Milan” klubu ilə İngiltərənin “Çelsi” komandası arasında yoldaşlıq oyunu keçiriləcək.

90deqiqe.Az  xəbər verir ki, qarşılaşma avqustun 8-də İndoneziyanın paytaxtı Cakartada yerləşən “Gelora Bunq Karno” stadionunda baş tutacaq. Oyun yerli vaxtla saat 20:00-da başlayacaq.

Bu görüş İndoneziyada iki aparıcı Avropa klubunun tarixdə ilk qarşılaşması olacaq.

Qeyd olunub ki, İndoneziya 40 milyon azarkeşlə “Milan”ın dünyada ən çox tərəfdarının olduğu üçüncü ölkədir. Eyni zamanda, klubun rəqəmsal platformalarda ən geniş izləyici kütləsi də məhz bu ölkədə cəmləşib.







İtaliya S.A.

 “Atalanta” səfərdə uduzdu
  • İtaliya S.A.
  • 23:47 27.04.2026
“Atalanta” səfərdə uduzdu