1 may 2026. Cümə

“Yuventus”un baş məşqçisi ayın ən yaxşısı seçildi


“Yuventus”un baş məşqçisi ayın ən yaxşısı seçildi

İtaliya A Seriyasında aprelin ən yaxşı məşqçisi müəyyənləşib.

90deqiqe.Az xəbər verir ki, mükafata Lusiano Spaletti layiq görülüb.

Onun rəhbərlik etdiyi "Yuventus" ötən ay 4 oyun keçirib. Turin klubu bu matçlarda 3 qələbə qazanıb — “Cenoa”, “Atalanta” və “Bolonya” üzərində, həmçinin “Milan”la heç-heçə edib.

34 turdan sonra “Yuventus” turnir cədvəlində 64 xalla 4-cü pillədə qərarlaşıb.

Qeyd edək ki, Turin təmsilçisi növbəti oyununu mayın 3-də doğma meydanda “Verona”ya qarşı keçirəcək. Görüş Bakı vaxtı ilə saat 21:00-da start götürəcək.

Daha sonra Spaletti komandası “Leççe”, “Fiorentina” və “Torino” ilə qarşılaşmalarda mübarizə aparacaq.







İtaliya S.A.

 “Atalanta” səfərdə uduzdu
  • İtaliya S.A.
  • 23:47 27.04.2026
“Atalanta” səfərdə uduzdu