4 may 2026. Bazar ertəsi

“Yuventus” evdə xal itirdi


“Yuventus” evdə xal itirdi

İtaliya A Seriyasında 35-ci turun oyunu keçirilib.

90deqiqe.Az-ın məlumatına görə, “Yuventus” öz meydanında “Verona”nı qəbul edib. Turin şəhərində baş tutan görüş gözlənilmədən heç-heçə ilə yekunlaşıb – 1:1.

Birinci hissədə meydan sahibləri üstün oyun nümayiş etdirsələr də, fərqlənmək mümkün olmayıb. 34-cü dəqiqədə isə qonaqlar hesabı açıblar. Kiron Boui fərqlənib, qolun ötürməsini Domagoy Bradariç edib.

İkinci hissədə “Yuventus” fəallığını artırıb və 62-ci dəqiqədə hesabı bərabərləşdirib. Duşan Vlahoviç komandasını məğlubiyyətdən xilas edib.

Bütün cəhdlərə baxmayaraq, Turin təmsilçisi qələbə qolunu vura bilməyib.

Bu nəticədən sonra “Yuventus” 65 xalla turnir cədvəlində 4-cü yerdə qərarlaşıb. “Verona” isə 20 xalla 19-cu pillədə, yəni sondan əvvəlki sırada yer alır.







İtaliya S.A.

“Yuventus” evdə xal itirdi
  • İtaliya S.A.
  • 22:16 03.05.2026
“Yuventus” evdə xal itirdi
“Napoli” səfərdə xal itirdi
  • İtaliya S.A.
  • 23:40 02.05.2026
“Napoli” səfərdə xal itirdi
 “Atalanta” səfərdə uduzdu
  • İtaliya S.A.
  • 23:47 27.04.2026
“Atalanta” səfərdə uduzdu