4 may 2026. Bazar ertəsi

“Qalan 3 oyunun hamısını qazanmalıyıq”


“Qalan 3 oyunun hamısını qazanmalıyıq”

“Yuventus”un müdafiəçisi Andrea Kambyaso İtaliya A Seriyasının 35-ci turunda “Verona” ilə 1:1 hesablı heç-heçə etdikləri oyunu şərh edib.

90deqiqe.Az-ın məlumatına görə, futbolçu bu barədə jurnalistlərə açıqlamasında deyib.

“Psixoloji baxımdan hər şey qaydasındadır, nə əsəbilik, nə də komanda daxilində iradlar gördüm. İlk hissədə yavaş oynadıq, amma 4 real qol imkanı yaratdıq, iki dəfə dirəyə vurduq. Sakit qalmalıyıq və qalan 3 oyunun hamısını qazanmağa məcburuq”

O, komandanın oyuna arxayın çıxması ilə bağlı iddiaları da rədd edib: “Qələbəyə arxayın idik? Xeyr, rəqibi heç vaxt kiçiltmədik. ‘Verona’ müdafiə olunmaq və oyunun tempini azaltmaq üçün gəlmişdi. Rəqib gözlənildiyi kimi oynadı və yaxşı müdafiə olundu”.

Kambyaso əlavə edib ki, komanda daha yaxşı çıxış edə bilərdi: “Milan oyununda olduğu kimi topu ləng hərəkət etdirdik. Daha sürətli oynaya bilərdik, ikinci hissədə bunu etdik. Oyunun gedişində inkişaf var, amma bu, dərhal olmur”.

O, öz mövqeyi ilə bağlı da danışıb: “Mənim mərkəzə meylli hərəkətlərim? Cinahda Kenan Yıldız məndən daha çox fayda verir, o, daha çox imkan yaradır və rəqiblər mənim mərkəzə keçidlərimi bağlamaqda çətinlik çəkir”.

Bu nəticədən sonra “Yuventus” 65 xalla turnir cədvəlində 4-cü yerdə qərarlaşıb.







İtaliya S.A.

“Yuventus” evdə xal itirdi
  • İtaliya S.A.
  • 22:16 03.05.2026
“Yuventus” evdə xal itirdi
“Napoli” səfərdə xal itirdi
  • İtaliya S.A.
  • 23:40 02.05.2026
“Napoli” səfərdə xal itirdi