19 iyun 2026. Cümə

“Latsio”dan inamlı qələbə


“Latsio”dan inamlı qələbə

İtaliya A Seriyasının 35-ci turunda “Kremoneze” doğma meydanda “Latsio”nu qəbul edib.

90deqiqe.Az xəbər verir ki, görüş Roma təmsilçisinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Ev sahibi komanda matçda ilk qolun müəllifi olub. 29-cu dəqiqədə “Kremoneze”nin hücumunu Federiko Bonattsoli dəqiq zərbə ilə tamamlayıb. Qolda Romana Floriani məhsuldar ötürmə ilə yadda qalıb.

53-cü dəqiqədə “Latsio” tarazlığı bərpa edib. Teyani Noslinin ötürməsindən sonra Qustav İsaksen topu rəqib qapısından keçirib.

Matçın sonlarına əlavə olunmuş vaxtda isə Noslin qələbə qoluna imza ataraq komandasına 3 xalı qazandırıb.

Bu nəticədən sonra “Kremoneze”nin 28 xalı qalır və komanda turnir cədvəlinin 18-ci pilləsində qərarlaşıb. “Latsio” isə 51 xalla 8-ci yerə yüksəlib.







İtaliya S.A.

Serxi Roberto "Komo"dan ayrıldı
  • İtaliya S.A.
  • 22:24 18.06.2026
Serxi Roberto "Komo"dan ayrıldı