- İtaliya S.A.
- 23:48 04.05.2026
“İnter”in baş məşqçisi Kristian Kivu klubla müqaviləsini uzadacaq.
90deqiqe.Az xəbər verir ki, müqavilənin uzadılması prosesi yekun mərhələyə daxil olub. Hazırda son detallar müzakirə edilir, sənədlərin isə mövsümün sonunda imzalanacağı gözlənilir.
Yeni müqavilənin 2028-ci ilə qədər nəzərdə tutulduğu, daha bir mövsüm uzadılma opsiyasının da olduğu qeyd edilir. Kivunun illik maaşının bonuslarla birlikdə 4 milyon avro olacağı bildirilir.
Kivu ötən yay “İnter”in baş məşqçisi təyin olunub. Milan təmsilçisi daha əvvəl “Parma”nı 2:0 hesabı ilə məğlub edərək vaxtından əvvəl İtaliya çempionluğunu təmin edib.
Qeyd edək ki, mayın 13-də Kivunun komandası İtaliya Kubokunun finalında “Latsio” ilə qarşılaşacaq və “qızıl dubl” etmə şansı qazanacaq.