5 may 2026. Çərşənbə axşamı

“Bu çempionluq Kivu və futbolçulara aiddir”


“Bu çempionluq Kivu və futbolçulara aiddir”

“İnter”in prezidenti Cüzeppe Marotta komandanın İtaliya A Seriyasında çempion olmasından sonra fikirlərini bölüşüb.

90deqiqe.Az-ın məlumatına görə, funksioner bu barədə jurnalistlərə açıqlamasında deyib.

“Prezident kimi ilk Skudetto mənim üçün xüsusi hissdir. Bu, gerçəkləşən bir arzudur. Bu vəzifədə çempion olacağımı heç düşünməmişdim. Mənim sələflərimə təşəkkür edirəm, onların nümunəsi məni ilhamlandırıb. Həmçinin azarkeşlərimizə, rəhbərliyə və klubun sahiblərinə minnətdaram”.

Klub rəhbəri çempionluğun baş məşqçi Kristian Kivu və futbolçuların əməyi olduğunu da vurğulayıb: “Bu Skudetto Kivu və oyunçulara məxsusdur. Ümid edirəm ki, məşqçi uzun illər bizimlə qalacaq – onun bütün lazımi keyfiyyətləri var”.

Qeyd edək ki, “Parma” üzərində 2:0 hesablı qələbə “neradzurri”yə çempionluğu bitməyə üç tur qalmış təmin edib.

“İnter” turnir cədvəlində “Napoli”ni 12 xal qabaqlayır.







İtaliya S.A.

“Uğur üçün balans vacibdir”
  • İtaliya S.A.
  • 23:48 04.05.2026
“Uğur üçün balans vacibdir”
“Latsio”dan inamlı qələbə
  • İtaliya S.A.
  • 22:41 04.05.2026
“Latsio”dan inamlı qələbə
“Yuventus” evdə xal itirdi
  • İtaliya S.A.
  • 22:16 03.05.2026
“Yuventus” evdə xal itirdi