- İtaliya S.A.
- 01:12 05.05.2026
“İnter”in prezidenti Cüzeppe Marotta klubun transfer planları ilə bağlı açıqlama verib.
90deqiqe.Az xəbər verir ki, "DAZN" funksionerin dediklərini belə çatdırıb.
“Hazırda transferləri müzakirə etmək üçün ən uyğun vaxt deyil, amma bizim dəqiq planlarımız və ideyalarımız var. Güclü komandamız var və onun əsasını italiyalı futbolçular təşkil edir. Biz bu istiqamətdə işi davam etdirmək istəyirik – heyəti gənc italiyalı istedadlarla gücləndirməyə hazırıq, amma təkcə onlarla yox. Eyni zamanda təcrübəli əcnəbi futbolçuların transferi də bizim üçün vacibdir. Hamı bilir ki, yalnız gənclərlə qalib gəlmək mümkün deyil – düzgün balans əsasdır”.
Qeyd edək ki,Kristian Kivunun rəhbərlik etdiyi komanda İtaliya A Seriyasında çempionluğunu bitməyə üç tur qalmış təmin edib. Qarşıda isə “Latsio”ya qarşı İtaliya Kubokunun final oyunu var.
“İnter” 35 turdan sonra 82 xalla turnir cədvəlinə başçılıq edir və “Napoli”ni 12 xal qabaqlayır.