19 iyun 2026. Cümə

“Roma” “Fiorentina”nı darmadağın etdi


“Roma” “Fiorentina”nı darmadağın etdi

İtaliya A Seriyasının 2025/2026 mövsümünün 35-ci turunda “Roma” ilə “Fiorentina” arasında keçirilən oyun başa çatıb.

90deqiqe.Az-ın məlumatına görə, qarşılaşma Roma şəhərində yerləşən “Olimpiko” stadionunda baş tutub. Oyunu baş hakim Luka Tsufferli idarə edib. Görüş ev sahibinin 4:0 hesablı qələbəsi ilə yekunlaşıb.

13-cü dəqiqədə müdafiəçi Canluka Mançini “Roma”nı hesabda önə keçirib. 17-ci dəqiqədə Uesli Fransa fərqi artırıb. 34-cü dəqiqədə ispaniyalı Mario Ermoso fərqlənərək hesabı böyük edib. 59-cu dəqiqədə isə Nikolo Pizilli “canavarlar”ın dördüncü qolunu vurub.

Bu nəticədən sonra “Roma”nın xalı 64-ə yüksəlib. Komanda turnir cədvəlində 5-ci yerdə qərarlaşıb və UEFA Çempionlar Liqası zonasındakı “Yuventus”dan 1, “Milan”dan isə 3 xal geri qalır. “Fiorentina” isə 37 xalla 15-ci pillədə yer alır.







İtaliya S.A.

Serxi Roberto "Komo"dan ayrıldı
  • İtaliya S.A.
  • 22:24 18.06.2026
Serxi Roberto "Komo"dan ayrıldı