14 avqust 2026. Cümə

De Bruyne “Napoli”də qalır


De Bruyne “Napoli”də qalır

“Napoli”nin yarımmüdafiəçisi Kevin De Bruyne gələcək mövsümdə də İtaliya klubunda qalmağa yaxın görünür.

90deqiqe.Az-ın “La Gazzetta dello Sport"a istinadən məlumatına görə, belçikalı futbolçu 2027-ci ilin yayına qədər qüvvədə olan müqaviləsinə hörmət edir və klubdan ayrılmaq niyyətində deyil. 34 yaşlı yarımmüdafiəçi gələcəkdə komandanı kimin çalışdırmasından asılı olmayaraq “Napoli”də qalmaq qərarı verib.

De Brüyne 2025-ci ildə “Mançester Siti”dən azad agent kimi “Napoli”yə keçib. O, cari mövsümdə Neapol təmsilçisinin heyətində bütün turnirlərdə 19 oyunda meydana çıxıb, 5 qol vurub və 3 məhsuldar ötürmə verib.

“Transfermarkt” portalı futbolçunun dəyərini 10 milyon avro olaraq qiymətləndirir.







İtaliya S.A.

“İnter” “Yuventus”u məğlub etdi
  • İtaliya S.A.
  • 20:08 08.08.2026
“İnter” “Yuventus”u məğlub etdi
"Ümid edirəm ki, Leau "Milan"da qalacaq"
  • İtaliya S.A.
  • 23:59 05.08.2026
"Ümid edirəm ki, Leau "Milan"da qalacaq"