21 iyun 2026. Bazar günü

“Napoli” Konte ilə yollarını ayıra bilər


“Napoli” Konte ilə yollarını ayıra bilər

İtaliyanın “Napoli” klubu mövsümün sonunda baş məşqçisiz qala bilər.

90deqiqe.Az-ın “Il Mattino"ya istinadən məlumatına görə, komandanın hazırkı çalışdırıcısı Antonio Konte klub rəhbərliyi onun tələblərini yerinə yetirməsə, ayrılmağa hazırdır.

Bildirilir ki, Konte idman sahəsində tam səlahiyyət tələb edir və bütün idman qərarlarında nəzarətin onda olmasını istəyir.

Qeyd edək ki, 56 yaşlı mütəxəssis 2024-cü ildən “Napoli”yə rəhbərlik edir. Onun klubla müqaviləsi 2027-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.

İtaliya A Seriyasında 35 turun ardından “Napoli” 70 xalla turnir cədvəlində ikinci yerdə qərarlaşıb.







İtaliya S.A.

Serxi Roberto "Komo"dan ayrıldı
  • İtaliya S.A.
  • 22:24 18.06.2026
Serxi Roberto "Komo"dan ayrıldı