14 avqust 2026. Cümə

“İnter” səfərdə “Latsio”ya qalib gəldi


“İnter” səfərdə “Latsio”ya qalib gəldi

İtaliya A Seriyasının 2025/2026 mövsümünün 36-cı turu çərçivəsində “Latsio” və “İnter” arasında keçirilən oyun başa çatıb.

90deqiqe.Az xəbər verir ki, Roma şəhərində yerləşən “Olimpiko” stadionunda oynanılan görüş “İnter”in 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Matçı Rosario Abisso idarə edib.

Görüşdə ilk qolu 6-cı dəqiqədə qonaqların hücumçusu və kapitanı Lautaro Martines vurub. Birinci hissənin sonuna yaxın, 39-cu dəqiqədə Petar Suçiç Martinesin ötürməsindən sonra fərqi artırıb.

İkinci hissədə “Latsio” çətin vəziyyətə düşüb. 59-cu dəqiqədə Alessio Romanyoli qırmızı vərəqə alaraq meydandan kənarlaşdırılıb.

76-cı dəqiqədə isə Henrix Mxitaryan hesabı 3:0 edib.

Bu nəticədən sonra “Latsio” 51 xalla turnir cədvəlinin 8-ci pilləsində qərarlaşıb. Çempionluğu təmin etmiş “İnter” isə 85 xalla birinci yerdədir.

Qeyd edək ki, komandalar 13 mayda İtaliya Kubokunun finalında yenidən qarşılaşacaqlar.







İtaliya S.A.

“İnter” “Yuventus”u məğlub etdi
  • İtaliya S.A.
  • 20:08 08.08.2026
“İnter” “Yuventus”u məğlub etdi
"Ümid edirəm ki, Leau "Milan"da qalacaq"
  • İtaliya S.A.
  • 23:59 05.08.2026
"Ümid edirəm ki, Leau "Milan"da qalacaq"