24 iyun 2026. Çərşənbə

Kivu “İnter”də uğurun sirrini açıqladı


Kivu “İnter”də uğurun sirrini açıqladı

İtaliyanın “İnter” klubunun baş məşqçisi vəzifəsini icra edən rumıniyalı mütəxəssis Kristian Kivu komanda dəyərlərinin əhəmiyyətindən danışıb.

90deqiqe.Az-ın məlumatına görə, təcrübəli mütəxəssis bu barədə jurnalistlərə açıqlamasında deyib.

“Yalnız sistemin özü çox az şey ifadə edir. Əsas olan dəyərlər, mentalitet və meydanda görülən işlərdir. Komandanın rəqibə və onun müdafiə yanaşmasına qarşı necə mövqe tutması daha önəmlidir”

Qeyd edək ki, Milan təmsilçisi bir neçə gün əvvəl İtaliya çempionatının qalibi adını vaxtından əvvəl təmin edib. A Seriyasının 36-cı turunda “Latsio” üzərində qələbədən sonra “neradzurri”nin aktivində 85 xal var.

“İnter” mövsümün qalan hissəsində daha iki oyuna çıxacaq. Komanda “Verona” və “Bolonya” ilə qarşılaşacaq.







İtaliya S.A.

Serxi Roberto "Komo"dan ayrıldı
  • İtaliya S.A.
  • 22:24 18.06.2026
Serxi Roberto "Komo"dan ayrıldı