- İtaliya S.A.
- 15:26 10.05.2026
“Yuventus”un baş məşqçisi Lusiano Spaletti komandanın mərkəz hücumçusu Duşan Vlahoviç haqqında fikirlərini bölüşüb.
90deqiqe.Az-ın məlumatına görə, təcrübəli mütəxəssis bu barədə jurnalistlərə açıqlamasında deyib.
“Bizə o, çörək qədər lazım idi. Onun unikal fiziki xüsusiyyətləri var. Güclü, mübarizələrdən çəkinməyən, topları saxlaya bilən və qol vuran hücumçu olmadan futbol oynamaq mümkün deyil”
Serbiyalı forvard 2025-ci ilin noyabr ayından etibarən zədə səbəbindən Turin klubunun əksər oyunlarını buraxmışdı. A Seriyasının 36-cı turunda “Leççe”yə qarşı keçirilən son matçda isə Vlahoviçin vurduğu qol “Yuventus”a qələbə qazandırıb.
Vlahoviç cari mövsümdə bütün turnirlərdə 21 oyunda iştirak edib. O, bu qarşılaşmalarda 8 qol vurub və 2 məhsuldar ötürmə ilə yadda qalıb.