10 may 2026. Bazar günü

“Kremoneze” evdə qələbə qazandı


 “Kremoneze” evdə qələbə qazandı

İtaliya A Seriyasında “Kremoneze” öz meydanında “Piza”nı qəbul edib.

90deqiqe.Az xəbər verir ki, ev sahibi komanda inamlı oyun nümayiş etdirərək 3:0 hesablı qələbə qazanıb və üç xalı çətinlik çəkmədən əldə edib.

“Kremoneze” hesabı ilk hissənin sonlarına yaxın açıb. Matçın 31-ci dəqiqəsində Ceymi Vardi fərqlənib.

51-ci dəqiqədə Yari Vandeputtanın ötürməsindən sonra Federiko Bonattsoli fərqlənərək hesabı artırıb.

86-cı dəqiqədə isə Davide Okereke dəqiq zərbə ilə oyuna nöqtə qoyub və böyükhesablı qələbəni rəsmiləşdirib.

“Piza” görüşü iki futbolçu azlıqda tamamlayıb. Qonaqların heyətində Rosen Bojinov və Felipe Loyola qırmızı vərəqə alaraq meydandan kənarlaşdırılıblar.

Bu nəticədən sonra “Kremoneze” 31 xalla turnir cədvəlinin 18-ci pilləsində qərarlaşıb. “Piza” isə 18 xalla sonuncu – 20-ci yerdədir.







İtaliya S.A.

 “Kremoneze” evdə qələbə qazandı
  • İtaliya S.A.
  • 21:23 10.05.2026
“Kremoneze” evdə qələbə qazandı
“Fiorentina” evdə xal itirdi
  • İtaliya S.A.
  • 21:15 10.05.2026
“Fiorentina” evdə xal itirdi
“Yuventus”a bir qol bəs etdi
  • İtaliya S.A.
  • 01:05 10.05.2026
“Yuventus”a bir qol bəs etdi
De Bruyne “Napoli”də qalır
  • İtaliya S.A.
  • 21:55 06.05.2026
De Bruyne “Napoli”də qalır