10 may 2026. Bazar günü

“Roma” son dəqiqələrdə möhtəşəm geri dönüş etdi


“Roma” son dəqiqələrdə möhtəşəm geri dönüş etdi

İtaliya A Seriyasının 2025/2026 mövsümünün 36-cı turunda “Parma” və “Roma” komandaları üz-üzə gəlib.

90deqiqe.Az xəbər verir ki, Parmadakı “Ennio Tardini” stadionunda keçirilən qarşılaşmanı baş hakim Daniele Kiffi idarə edib. Gərgin keçən oyun Roma təmsilçisinin 3:2 hesablı qələbəsi ilə yekunlaşıb.

Matçda hesabı 22-ci dəqiqədə “Roma”nın hücumçusu Donell Malen açıb. İkinci hissənin əvvəlində, 47-ci dəqiqədə ev sahibi komandanın yarımmüdafiəçisi Qabriel Strefezza tarazlığı bərpa edib.

87-ci dəqiqədə Mandela Keyta “Parma”nı önə keçirib. Lakin “Roma” son dəqiqələrdə geri dönüş etməyi bacarıb. 90+4-cü dəqiqədə Devayn Renş hesabı bərabərləşdirib.

90+9-cu dəqiqədə ev sahibi komandanın futbolçusu Saşa Briçgi qırmızı vərəqə alaraq meydandan kənarlaşdırılıb.

Matçın dramatik sonluğunda, 90+11-ci dəqiqədə Donell Malen penaltidən fərqlənərək “Roma”ya qələbə qazandırıb.

Bu nəticədən sonra “Parma” 42 xalla turnir cədvəlinin 13-cü pilləsində qərarlaşıb. “Roma” isə 67 xalla 5-ci sırada yer alır.







İtaliya S.A.

 “Kremoneze” evdə qələbə qazandı
  • İtaliya S.A.
  • 21:23 10.05.2026
“Kremoneze” evdə qələbə qazandı
“Fiorentina” evdə xal itirdi
  • İtaliya S.A.
  • 21:15 10.05.2026
“Fiorentina” evdə xal itirdi
“Yuventus”a bir qol bəs etdi
  • İtaliya S.A.
  • 01:05 10.05.2026
“Yuventus”a bir qol bəs etdi