30 sentyabr 2026. Çərşənbə

“Milan” evdə “Atalanta”ya məğlub oldu


“Milan” evdə “Atalanta”ya məğlub oldu

İtaliya A Seriyasının 2025/2026 mövsümünün 36-cı turunda “Milan” və “Atalanta” üz-üzə gəlib.

90deqiqe.Az-ın məlumatına görə,“San-Siro” stadionunda keçirilən qarşılaşma Berqamo təmsilçisinin 3:2 hesablı qələbəsi ilə başa çatıb.

Oyunda hesabı 7-ci dəqiqədə “Atalanta”nın yarımmüdafiəçisi Ederson açıb. 29-cu dəqiqədə Davide Zappakosta qonaqların üstünlüyünü artırıb. 52-ci dəqiqədə Cakomo Raspadori fərqi üç topa çatdırıb.

“Milano” təmsilçisi oyunun sonlarında fərqi azalda bilib. 88-ci dəqiqədə Strahinya Pavloviç fərqlənib. 90+4-cü dəqiqədə isə Kristofer Nkunku penaltini dəqiq yerinə yetirərək yekun nəticəni müəyyənləşdirib.

Bu nəticədən sonra “Milan” 67 xalla turnir cədvəlində dördüncü pillədə qərarlaşıb. “Atalanta” isə 58 xalla yeddinci sıradadır.

 







İtaliya S.A.