11 may 2026. Bazar ertəsi

“Dibala uzun fasilədən sonra komandaya keyfiyyət qazandırdı”


“Dibala uzun fasilədən sonra komandaya keyfiyyət qazandırdı”

“Roma”nın baş məşqçisi Can Pyero Qasperini A Seriyasının 36-cı turunda “Parma”ya qarşı keçirilən və 3:2 hesabı ilə başa çatan oyundan sonra Paulo Dibalanın çıxışını dəyərləndirib.

 90deqiqe.Az-ın məlumatına görə, təcrübəli mütəxəssis futbolçunun performansını belə şərh edib:

“O yenidən möhtəşəm idi. Uzun müddət meydandan kənarda qaldıqdan sonra qayıdaraq bizə çox lazım olan keyfiyyəti gətirdi. Təəssüf ki, mövsümün böyük hissəsində ondan yararlana bilmədik”, – deyə baş məşqçi bildirib.

Qeyd edək ki, argentinalı hücumçu bu görüşdə məhsuldar ötürmə ilə yadda qalıb və komandasının qələbəsində mühüm rol oynayıb. Paulo Dibala diz zədəsi səbəbindən fevral, mart və aprel aylarının demək olar ki, bütün oyunlarını buraxıb.

Cari mövsümdə 32 yaşlı hücumçu “Roma”nın heyətində 25 oyunda 3 qol vurub və 5 məhsuldar ötürmə verib.

Bundan əvvəl mətbuatda futbolçunun mövsümün sonunda İtaliya klubundan ayrılma ehtimalı ilə bağlı məlumatlar yayılmışdı.







İtaliya S.A.

 “Kremoneze” evdə qələbə qazandı
  • İtaliya S.A.
  • 21:23 10.05.2026
“Kremoneze” evdə qələbə qazandı
“Fiorentina” evdə xal itirdi
  • İtaliya S.A.
  • 21:15 10.05.2026
“Fiorentina” evdə xal itirdi
“Yuventus”a bir qol bəs etdi
  • İtaliya S.A.
  • 01:05 10.05.2026
“Yuventus”a bir qol bəs etdi