14 may 2026. Cümə axşamı

“Fabreqas uğur qazanmağı bacardı”


“Fabreqas uğur qazanmağı bacardı”

İtaliyalı mütəxəssis Enzo Mareska növbəti mövsüm üçün “Komo”nun avrokuboklara vəsiqəni təmin etməsində böyük rol oynayan Sesk Fabreqasın fəaliyyəti barədə danışıb.

90deqiqe.Az xəbər verir ki, o, ispaniyalı çalışdırıcının son dərəcə uğurlu iş gördüyünü bildirib.

“Deyirlər ki, “Komo” çox pul xərcləyib və nəticələr də buna görə əldə olunub. Amma mən çoxlu klublar tanıyıram ki, böyük məbləğlər xərcləsələr də, heç nəyə nail ola bilmirlər. Sesk isə uğur qazandı, halbuki bunu etmək heç də asan deyildi”, – deyə Mareskanın sözlərini İtaliya mətbuatı sitat gətirib.

Qeyd edək ki, Mareska özü də yaxın keçmişdə İngiltərə çempionatında “Çelsi”də çalışıb. O, ilin əvvəlində London klubundan ayrılıb.







İtaliya S.A.

“Fabreqas uğur qazanmağı bacardı”
  • İtaliya S.A.
  • 21:27 14.05.2026
“Fabreqas uğur qazanmağı bacardı”
 “Kremoneze” evdə qələbə qazandı
  • İtaliya S.A.
  • 21:23 10.05.2026
“Kremoneze” evdə qələbə qazandı
“Fiorentina” evdə xal itirdi
  • İtaliya S.A.
  • 21:15 10.05.2026
“Fiorentina” evdə xal itirdi
“Yuventus”a bir qol bəs etdi
  • İtaliya S.A.
  • 01:05 10.05.2026
“Yuventus”a bir qol bəs etdi