2 iyul 2026. Cümə axşamı

“Yuventus” doğma meydanda “Fiorentina”ya məğlub oldu


“Yuventus” doğma meydanda “Fiorentina”ya məğlub oldu

İtaliya A seriyasının 2025/2026 mövsümünün 37-ci turunda “Yuventus” və “Fiorentina” komandaları üz-üzə gəlib.

90deqiqe.Az xəbər verir ki, Turində yerləşən “Alyans” stadionunda keçirilən qarşılaşmanı Davide Massa idarə edib. Görüş qonaq komandanın 2:0 hesablı qələbəsi ilə başa çatıb.

Oyunda hesab 34-cü dəqiqədə açılıb. “Fiorentina”nın yarımmüdafiəçisi Şer Ndur fərqlənərək komandasını önə keçirib.

Matçın 72-ci dəqiqəsində qonaq komandanın müdafiəçisi Luka Raneri qırmızı vərəqə alaraq meydandan qovulub.

Buna baxmayaraq, “Fiorentina” 83-cü dəqiqədə üstünlüyünü artırıb. Rolando Mandraqora rəqib qapısına yol taparaq yekun hesabı müəyyənləşdirib.

37 turdan sonra “Yuventus” 68 xalla turnir cədvəlinin altıncı pilləsində qərarlaşıb. “Fiorentina” isə 41 xalla 15-ci yerdədir.

Çempionatın sonuncu – 38-ci turunda Luçano Spallettinin komandası mayın 24-də “Torino” ilə qarşılaşacaq. “Fiorentina” isə həmin gün “Atalanta” ilə üz-üzə gələcək.







İtaliya S.A.

"Yuventus"dan Kolo-Muani açıqlaması
  • İtaliya S.A.
  • 22:36 29.06.2026
"Yuventus"dan Kolo-Muani açıqlaması
Serxi Roberto "Komo"dan ayrıldı
  • İtaliya S.A.
  • 22:24 18.06.2026
Serxi Roberto "Komo"dan ayrıldı