19 may 2026. Çərşənbə axşamı

“Mənim üçün dünyanın ən yaxşı hücumçusu Keyndir”


“Mənim üçün dünyanın ən yaxşı hücumçusu Keyndir”

“İnter” klubunun hücumçusu Lautaro Martinez hazırkı dövrdə dünyanın ən yaxşı hücumçusu barədə sualı cavablandırıb.

90deqiqe.Az xəbər verir ki, argentinalı futbolçu bu mövqedə “Bavariya”nın forvardı Harri Keyni seçdiyini bildirib.

“Mənim üçün Harri Keyn dünyanın ən yaxşı hücumçusudur. Hətta onu Erlinq Haalanddan da üstün tuturam. O, topa nəzarət etməsi, xəttlərarası oyunu əlaqələndirməsi, oyunu oxuması və ikinci mərtəbədəki üstünlüyü ilə seçilir. Keyn fenomenal futbolçudur”

Qeyd edək ki, Harri Keyn 2023-cü ildə “Tottenhem”dən “Bavariya”ya 95 milyon avro qarşılığında transfer olunub. Onun müqaviləsi 2027-ci il iyunun 30-na qədər nəzərdə tutulub.

Cari mövsümdə ingiltərəli hücumçu “Bavariya”nın heyətində 50 oyunda 57 qol vurub və 7 məhsuldar ötürmə ilə yadda qalıb.







İtaliya S.A.

“Fiorentina”da ciddi itki
  • İtaliya S.A.
  • 23:30 18.05.2026
“Fiorentina”da ciddi itki
“Latsio” Sarriyə əvəzləyici tapıb
  • İtaliya S.A.
  • 22:54 18.05.2026
“Latsio” Sarriyə əvəzləyici tapıb
Antonio Konte “Napoli”də qala bilər
  • İtaliya S.A.
  • 23:43 14.05.2026
Antonio Konte “Napoli”də qala bilər
“Fabreqas uğur qazanmağı bacardı”
  • İtaliya S.A.
  • 21:27 14.05.2026
“Fabreqas uğur qazanmağı bacardı”