- İtaliya S.A.
- 01:09 21.05.2026
İtaliya A Seriyaya yüksəlmək uğrunda pley-off yarımfinalında “Palermo” və “Katandzaro” arasında keçirilən qarşılaşma qalmaqalla yadda qalıb.
90deqiqe.Az-ın məlumatına görə, ik hissədən sonra “Renzo Barbera” stadionunun tribunalarında “Palermo” azarkeşləri rəqib klub nümayəndələri ilə qarşıdurmaya girib və fiziki güc tətbiq ediblər.
Nəticədə “Katandzaro”nun idman direktoru və bir neçə şəxs daha təhlükəsiz yerə təxliyə olunub.
İlk oyunda 0:3 hesabı ilə məğlub olan Filippo İnzaqinin komandası cavab görüşündə finala yüksələ bilməyib. Komanda 2 cavabsız qol vursa da, matçın sonlarında azlıqda qalıb.
Final fitindən sonra isə futbolçular arasında meydanda ciddi kütləvi dava baş verib. Qarşıdurma bir neçə dəqiqə davam edib və yalnız qapı arxasında partlayıcı vasitənin partlamasından sonra dayanıb.