6 iyul 2026. Bazar ertəsi

Martines A Seriyasında may ayının ən yaxşı futbolçusu seçildi


Martines A Seriyasında may ayının ən yaxşı futbolçusu seçildi

İtaliya A Seriyasında mövsümün son turuna az qalmış olsa da, may ayının ən yaxşı futbolçusu artıq müəyyənləşib.

90deqiqe.Az xəbər verir ki, mükafata “İnter” klubunun hücumçusu Lautaro Martines layiq görülüb. Bu barədə İtaliya A Seriyasının mətbuat xidməti məlumat yayıb.

Argentinalı futbolçu may ayında keçirilən üç çempionat oyununda 1 qol vurub və 2 məhsuldar ötürmə ilə yadda qalıb. Xatırladaq ki, “İnter” mayın əvvəlində İtaliya çempionluğunu rəsmiləşdirərək titulu vaxtından əvvəl qazanıb.

Turnirin son turunda “neradzurri” səfərdə “Bolonya” ilə qarşılaşacaq. Oyun 23 may tarixində keçiriləcək.

Lautaro Martinesin “İnter”lə müqaviləsi 2029-cu ilin ortalarına qədər qüvvədədir.







İtaliya S.A.

Menyan "Çelsi"yə keçə bilər
  • İtaliya S.A.
  • 22:59 03.07.2026
Menyan "Çelsi"yə keçə bilər
"Roma" Dibalanı komandada saxlayır
  • İtaliya S.A.
  • 22:28 02.07.2026
"Roma" Dibalanı komandada saxlayır
"Yuventus"dan Kolo-Muani açıqlaması
  • İtaliya S.A.
  • 22:36 29.06.2026
"Yuventus"dan Kolo-Muani açıqlaması