6 iyul 2026. Bazar ertəsi

Dibala “Roma” ilə yeni müqavilə imzalayır


Dibala “Roma” ilə yeni müqavilə imzalayır

Argentina millisinin hücumçusu Paulo Dibala “Roma” ilə yeni əmək müqaviləsi imzalayacaq.

90deqiqe.Az “La Gazzetta dello Sport”a istinadən xəbər verir ki, 32 yaşlı futbolçu danışıqlar zamanı ciddi maliyyə güzəştinə getməli olub. Belə ki, onun maaşı demək olar ki, dörd dəfə azaldılacaq (8 milyon avrodan 2–2,5 milyon avroya qədər). 

Qeyd olunur ki, “Roma” Dibalanın müqaviləsinin uzadıldığını artıq mayın 25-də rəsmi şəkildə açıqlaya bilər.

Cari mövsümdə hücumçu bütün turnirlərdə 26 oyunda iştirak edib, 3 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb.

A Seriyasında bir tur qalmış “Roma” turnir cədvəlində 70 xalla 4-cü pillədə qərarlaşıb.







İtaliya S.A.

Menyan "Çelsi"yə keçə bilər
  • İtaliya S.A.
  • 22:59 03.07.2026
Menyan "Çelsi"yə keçə bilər
"Roma" Dibalanı komandada saxlayır
  • İtaliya S.A.
  • 22:28 02.07.2026
"Roma" Dibalanı komandada saxlayır
"Yuventus"dan Kolo-Muani açıqlaması
  • İtaliya S.A.
  • 22:36 29.06.2026
"Yuventus"dan Kolo-Muani açıqlaması