- İtaliya S.A.
- 22:46 22.05.2026
“İnter” klubunun cinah müdafiəçisi Federiko Dimarko İtaliya A Seriyasının cari mövsümünün ən yaxşı futbolçusu seçilib.
90deqiqe.Az-ın məlumatına görə, bu barədə turnirin mətbuat xidməti rəsmi saytında məlumat yayıb.
İtaliyalı futbolçu mövsüm ərzində 34 oyuna çıxaraq 6 qol vurub və 18 məhsuldar ötürmə ilə yadda qalıb. O, 7 xal fərqlə liqanın ən yaxşı assistenti statusunu da qoruyur.
28 yaşlı müdafiəçi mükafatı A Seriyasının son turundan əvvəl — “İnter”in “Bolonya” ilə keçirəcəyi oyundan öncə qəbul edəcək. Qarşılaşma 23 mayda keçiriləcək və Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.
Dimarkonun “neradzurri” ilə mövcud müqaviləsi 2027-ci ilin iyun ayına qədər qüvvədədir.