7 iyul 2026. Çərşənbə axşamı

Kristian Kivu A Seriyasında mövsümün ən yaxşı məşqçisi seçildi


Kristian Kivu A Seriyasında mövsümün ən yaxşı məşqçisi seçildi

İtaliyada mövsümün ən yaxşı məşqçisi seçilib.

90deqiqe.Az-ın məlumatına görə, mükafat “İnter” klubunun baş məşqçisi Kristian Kivuya verilib. Bu barədə A Seriyasının rəsmi saytı məlumat yayıb.

Rumıniyalı mütəxəssis “neradzurri”ni İtaliya çempionatının qızıl medallarına daşıyıb. Komanda 37 turdan sonra 86 xal toplayaraq mövsümü zirvədə başa vurub.

Kivu mükafatını 23 mayda, son turda “Bolonya”ya qarşı keçiriləcək oyundan əvvəl alacaq.

Xatırladaq ki, daha əvvəl mövsümün ən yaxşı futbolçusu adına “İnter”in cinah müdafiəçisi Federiko Dimarko layiq görülmüşdü.

Kivu 2025-ci ilin yayında “İnter”ə baş məşqçi təyin olunub. Bundan əvvəl o, “Parma” klubunu çalışdırıb.







İtaliya S.A.

Menyan "Çelsi"yə keçə bilər
  • İtaliya S.A.
  • 22:59 03.07.2026
Menyan "Çelsi"yə keçə bilər
"Roma" Dibalanı komandada saxlayır
  • İtaliya S.A.
  • 22:28 02.07.2026
"Roma" Dibalanı komandada saxlayır
"Yuventus"dan Kolo-Muani açıqlaması
  • İtaliya S.A.
  • 22:36 29.06.2026
"Yuventus"dan Kolo-Muani açıqlaması