11 iyun 2026. Cümə axşamı

“Atalanta” yeni loqosunu təqdim etdi


“Atalanta” yeni loqosunu təqdim etdi

İtaliyanın Berqamo şəhərini təmsil edən “Atalanta” futbol klubu loqosunu dəyişib.

90deqiqe.Az-ın məlumatına görə, klubun əvvəlki oval emblemi ləğv olunaraq, yeni loqo dairəvi formada təqdim edilib. Emblemin mərkəzində isə dəyişməz olaraq uzun saçlı qadın fiquru — “La Dea” (İlahə) yer alır.

Yeni loqonun əsas prinsipi “sadələşdirmə”dir — yəni mərkəzi fiqurun daha qabarıq görünməsi üçün artıq elementlərin çıxarılması.

Bildirilir ki, “La Dea”nın saçları yenidən işlənib və beş hörükdən ibarət formaya salınıb. Bu detal 1907-ci ildə klubu yaradan beş təsisçiyə ehtiram kimi təqdim olunur.

Fon tamamilə mavi rəngdədir və qara dairə ilə əhatələnib.

Qeyd edək ki, “Atalanta” A Seriyasının cari mövsümünü 58 xalla 7-ci pillədə başa vurur və 8-ci yer ilə aralarındakı xal fərqi 3-dür.







İtaliya S.A.

"Bu məni sevindirmir"
  • İtaliya S.A.
  • 22:30 08.06.2026
"Bu məni sevindirmir"
"Zədənin əvvəlində qorxmuşdum"
  • İtaliya S.A.
  • 22:22 08.06.2026
"Zədənin əvvəlində qorxmuşdum"
"Dörd-beş ay zədə ilə oynadım"
  • İtaliya S.A.
  • 14:38 06.06.2026
"Dörd-beş ay zədə ilə oynadım"