18 iyul 2026. Şənbə

Pedro mövsümün sonunda “Latsio”dan ayrılır


Pedro mövsümün sonunda “Latsio”dan ayrılır

38 yaşlı vinger Pedro mövsümün sonunda “Latsio”nu tərk edəcək.

90deqiqe.Az-ın məlumatına görə, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Tərəflər əməkdaşlığı cari mövsümün sonunda başa vuracaqlar. Futbolçu bildirib ki, “Piza”ya qarşı oyun onun “Latsio” forması ilə son matçı olacaq.

“Bu klubun formasında çıxış etdiyim üçün qürur duyuram. Həmişə sizin biriniz olaraq qalacağam. ‘Latsio’, irəli!”, – deyə ispan yarımmüdafiəçi qeyd edib.

Xatırladaq ki, Pedro 2021-ci ildən Roma klubunda çıxış edir. Cari mövsümdə o, A Seriyasında 28 oyuna çıxaraq 4 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.

Son tur ərəfəsində “Latsio” 51 xalla turnir cədvəlində 9-cu pillədə qərarlaşıb.







İtaliya S.A.

"Meydanda aqressiv futbol oynayıram"
  • İtaliya S.A.
  • 22:48 11.07.2026
"Meydanda aqressiv futbol oynayıram"
Kənan Yıldız əməliyyat oluna bilər
  • İtaliya S.A.
  • 23:09 10.07.2026
Kənan Yıldız əməliyyat oluna bilər