14 iyul 2026. Çərşənbə axşamı

Lautaro Martines A Seriyasında may ayının ən yaxşı futbolçusu seçildi


Lautaro Martines A Seriyasında may ayının ən yaxşı futbolçusu seçildi

İtaliya A Seriyasında mövsümün son turunun oyunları qarşıda olsa da, may ayının ən yaxşı futbolçusu artıq müəyyənləşib.

 90deqiqe.Az xəbər verir ki, mükafata “İnter” klubunun hücumçusu Lautaro Martines layiq görülüb. Bu barədə A Seriyasının mətbuat xidməti məlumat yayıb.

Martines may ayında keçirilən üç çempionat oyununda 1 qol vurub və 2 məhsuldar ötürmə ilə yadda qalıb. Xatırladaq ki, “İnter” mayın əvvəlində İtaliya çempionluğunu vaxtından əvvəl rəsmiləşdirib.

Turnirin son turunda “neradzurri” səfərdə “Bolonya” ilə qarşılaşacaq. Oyun 23 may tarixində keçiriləcək.

Lautaro Martinesin “İnter”lə mövcud müqaviləsi 2029-cu ilin ortalarına qədər qüvvədədir.







İtaliya S.A.

"Meydanda aqressiv futbol oynayıram"
  • İtaliya S.A.
  • 22:48 11.07.2026
"Meydanda aqressiv futbol oynayıram"
Kənan Yıldız əməliyyat oluna bilər
  • İtaliya S.A.
  • 23:09 10.07.2026
Kənan Yıldız əməliyyat oluna bilər