8 iyul 2026. Çərşənbə

“İnter” mövsümü heç-heçə ilə başa vurub


“İnter” mövsümü heç-heçə ilə başa vurub

A Seriyasının 2025/2026 mövsümünün 38-ci — son turunda “Bolonya” evdə “İnter”i qəbul edib.

90deqiqe.Az xəbər verir ki, qarşılaşma Bolonyadakı “Renato Dall’Ara” stadionunda keçirilib. Baş hakim funksiyasını Kevin Bonachina yerinə yetirib. Görüş 3:3 hesablı heç-heçə ilə başa çatıb.

Matçda ilk qolu 22-ci dəqiqədə “İnter”in müdafiəçisi Federiko Dimarko vurub. 25-ci dəqiqədə “Bolonya”nın hücumçusu Federiko Bernardeski hesabı bərabərləşdirib. 42-ci dəqiqədə Tommazo Pobega ev sahiblərini önə keçirib. İkinci hissədə 48-ci dəqiqədə “İnter”in yarımmüdafiəçisi Pyotr Zelinski avtoqol müəllifi olub. 64-cü dəqiqədə qonaqların hücumçusu Françesko Espozito fərqi azaldıb. 87-ci dəqiqədə isə Andi Diuf hesabı bərabərləşdirib.

Bu nəticədən sonra “Bolonya” 56 xalla 38 oyunla turnir cədvəlinin 8-ci pilləsində qərarlaşıb. Çempionluğunu öncədən təmin etmiş “İnter” isə 87 xalla birinci yeri tutub.







İtaliya S.A.

Menyan "Çelsi"yə keçə bilər
  • İtaliya S.A.
  • 22:59 03.07.2026
Menyan "Çelsi"yə keçə bilər
"Roma" Dibalanı komandada saxlayır
  • İtaliya S.A.
  • 22:28 02.07.2026
"Roma" Dibalanı komandada saxlayır
"Yuventus"dan Kolo-Muani açıqlaması
  • İtaliya S.A.
  • 22:36 29.06.2026
"Yuventus"dan Kolo-Muani açıqlaması