- İtaliya S.A.
- 22:35 24.05.2026
İtaliya A Seriyasının 2025/2026 mövsümünün 38-ci turunda “Napoli” və “Udineze” qarşılaşıb.
90deqiqe.Az-ın məlumatına görə, görüş Neapoldakı “Dieqo Armando Maradona” stadionunda keçirilib. Matçın baş hakimi Andrea Zanotti olub. Oyun ev sahiblərinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Görüşdə yeganə qolu 24-cü dəqiqədə “Napoli”nin hücumçusu Rasmus Hoylund vurub.
İkinci hissədə 64-cü dəqiqədə qonaq komandanın müdafiəçisi Kristian Kabazel qırmızı vərəqə ilə meydandan qovulub.
38 turun yekunlarına əsasən “Udineze” 50 xalla 10-cu yeri tutub. “Napoli” isə 76 xalla ikinci pillədə qərarlaşıb.