25 may 2026. Bazar ertəsi

“Torino” – “Yuventus” qarşılaşması azarkeş insidentləri və etirazlar səbəbindən gecikmə ilə başlayacaq


“Torino” – “Yuventus” qarşılaşması azarkeş insidentləri və etirazlar səbəbindən gecikmə ilə başlayacaq

İtaliya çempionatının 38-ci turu çərçivəsində “Torino” və “Yuventus” komandaları arasında 24 may saat 23:00-da başlamalı olan qarşılaşma stadiondan kənarda baş verən insident səbəbindən kölgədə qalıb.

90deqiqe.Az xəbər verir ki, oyunöncəsi Turin klublarının azarkeşləri arasında toqquşmalar baş verib. Nəticədə polis “Torino” azarkeşləri ilə qarşıdurmaya girən “Yuventus” tərəfdarlarından 8 nəfəri saxlayıb. Hadisə zamanı yaralananlar olub, onlardan birinin vəziyyəti ağır qiymətləndirilsə də, həyatı üçün təhlükə olmadığı bildirilib.

Məhz bu səbəbdən “biyanconeri” azarkeşləri isinmə hərəkətləri zamanı komandadan oyuna çıxmamağı xahiş ediblər. “La Gazzetta dello Sport”un məlumatına görə, kapitan Manuel Lokatelli və digər futbolçularla aparılan danışıqlardan sonra “Yuventus”un ultras qrupları oyunun təxirə salınmasını tələb edən şüarlar səsləndirməyə başlayıblar.

Azarkeşlər həmçinin oyun başlanacağı təqdirdə meydana daxil olmağa hazır olduqlarını bildiriblər. “Torino” azarkeşləri isə tribunadakı bannerləri yığışdıraraq səssiz qalmağa üstünlük veriblər.

Nəticədə görüşün saat 23:45-də başlaması barədə qərar qəbul olunub. “Yuventus” azarkeşlərinin bir qismi etiraz əlaməti olaraq stadionu tərk edib. “Torino” tərəfdarlarının bir hissəsi də onlara qoşulub.







İtaliya S.A.

Antonio Konte “Napoli”dən ayrıldı
  • İtaliya S.A.
  • 23:45 24.05.2026
Antonio Konte “Napoli”dən ayrıldı
Mauritsio Sarri “Atalanta”ya keçir
  • İtaliya S.A.
  • 22:40 22.05.2026
Mauritsio Sarri “Atalanta”ya keçir