25 may 2026. Bazar ertəsi

“Milan”da şok qərar - məğlubiyyətdən sonra 4 nəfərlə yollar ayrıldı


“Milan”da şok qərar   - məğlubiyyətdən sonra 4 nəfərlə yollar ayrıldı

İtaliyanın “Milan” klubu son turda “Kalyari”yə məğlub olaraq Çempionlar Liqasına vəsiqəni itirdikdən sonra ciddi kadr dəyişikliklərinə gedib.

90deqiqe.Az-ın məlumatına görə,  A Seriyasının son həftəsinə 70 xalla 3-cü pillədə daxil olan Milan klubu evdə “Kalyari”yə 2:1 hesabı ilə uduzub və mövsümü 6-cı yerdə başa vuraraq Çempionlar Liqası əvəzinə Avropa Liqasına vəsiqə qazanıb. Bu nəticədən sonra klub rəhbərliyi dərhal qərar verib.

İtaliya nəhəngi baş məşqçi Massimiliano Alleqri ilə yanaşı, baş icraçı direktor Corco Furlani, idman direktoru İqli Tare və Cefri Moncada ilə də yollarını ayırıb.

Məlumata görə, Alleqrinin “Napoli” ilə, Konte ilə yollarını ayıran klubla anlaşması gözlənilir.







İtaliya S.A.

Antonio Konte “Napoli”dən ayrıldı
  • İtaliya S.A.
  • 23:45 24.05.2026
Antonio Konte “Napoli”dən ayrıldı